Dünyada turistlərin sayı 83% azaldı | Banco.az

Dünyada turistlərin sayı 83% azaldı

Tamara Mustafayeva, Banco.az

BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) 2021-ci ilin ilk rübündə dünya üzrə turist sayının ötən ilin eyni dövrü ilə müqayisədə 83% azaldığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, mərkəzi ofisi İspaniyanın Madrid şəhərində yerləşən ÜTT yeni növ koronavirus pandemiyasından ən çox zərər çəkənlərdən biri olan turizm sektorunda bu ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon daha az turistin səyahət etdiyini, bunun isə öz növbəsində 83%-lik geriləməyə müvafiq olduğunu bildirib.

Turist sayı üzrə ən böyük geriləmənin Asiya-Sakit Okean (91%) bölgəsinin payına düşdüyü, bu bölgəni 83%-lə Avropa, 81%-lə Afrika, 78%-lə Orta Şərq və 71%-lə Amerikanın izlədiyi vurğulanıb.

Pandemiya səbəbilə 2020-ci ilin turizm sektorunun ən pis ili kimi qeyd edildiyini xatırladan Ümumdünya Turizm Təşkilatı sektor üzrə etibarlılığın yavaş-yavaş bərpa edildiyini də vurğulayıb.

Qeyd edək ki, sektor mütəxəssisləri may-avqust ayları ərzində turist sayında artım müşahidə ediləcəyi və dünya üzrə vaksinasiya proseslərinin sürətləməsinin bazarda yeni ümidlər vəd edəcəyinə dair öz proqnozlarını irəli sürürlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram