Təbii ehtiyatlar tanrının insanlara faydalanmaları və təbiətdə sağ qalmaları üçün bəxş etdiyi ən gözəl nemətlərdəndir , lakin insanlar bəzən bu nemətlərdən düzgün şəkildə istifadə etmirlər. Sürətlə inkişaf edən dünya iqtisadiyyatında təbii ehtiyatların böyük rolu vardır .Dünya ölkələrinin iqtisadiyyatının əsasını elə təbii ehtiyatların təşkil etməsi faktı da danılmazdır. Bu məqalədə çalışacağıq ki, sizə dünyada təbii ehtiyatlarla zəngin olan on ölkə haqqında dəyərli və dolğun məlumatlar çatdıraq.
Dünyada təbii ehtiyatlarla zəngin olan ölkələr çoxdur və bu ehtiyatlar bəzi ölkələrdə çox nadir və bahalı, bəzilərində isə çox ucuz hesab olunurlar, lakin hər iki halda onların öz dəyəri vardır. Aşağıdakı cədvəldə dünyada təbii ehtiyatlarla zəngin olan 10 ölkə təsvir olunmuşdur.
Dünyada təbii ehtiyatlarla zəngin olan 10 ölkə
1. Rusiya
Təbii ehtiyatlarına görə dünyada ən zəngin ölkə Rusiyadır. Rusiyanın bütün ehtiyatları onu 75 trilyon dollara sahib olan zəngin ölkəyə çevirir. Onun qazancının əsasını qaz və meşə materialları ehtiyatları təşkil edir.
2. Amerika Birləşmiş Ştatları
Amerika Birləşmiş Ştatları dünyada 30 trilyon dollar dəyəri olan ümumdünya kömür istehsalının 31.2%-nə malik olmaqla tanınır və dünyada geniş kömür təchizatına sahibdir. Əlavə olaraq ABŞ həm də 750 milyon akr meşə sahəsinə sahib olmaqla milyonlar qazanır. Onun malik olduğu ümumi ehtiyatların dəyərinin 45 trilyon dollar olması ehtimal olunur. ABŞ dünyada iqtisadi gücünə görə birincidir.
3. Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı zəngin neft ehtiyatlarına malikdir .Ölkə gəlirinin əsasını neft təşkil edir və bu da dünya neft istehsalının 20%-nə bərabərdir. Səudiyyə Ərəbistanı dünya neft hasilatında böyük paya sahibdir. Onun bütün təbii ehtiyatları 34.4 trilyon dollar dəyərindədir.
4.Kanada
Kanada da neft ehtiyatlarından yüksək gəlir əldə edir. Son statistik hesablamalar Kanadanın 21 trilyon dəyərində 178.1 milyon barel neftə sahib olduğunu göstərir. Ölkənin bütün təbii ehtiyatlarından əldə etdiyi 33.2 trilyon dollar gəlir onu digər ölkələrlə müqayisədə daha güclü iqtisadiyyata malik ölkəyə çevirir.
5. İran
İran tanrının bəxş etdiyi təbii ehtiyatlara görə dünyada güclü və varlı olan 10 ölkə siyahısındadır. O neft, qaz, meşə materialları və digər təbii ehtiyatlarla zəngindir və bu ehtiyatlar İrana 27.3 trilyon dollar gəlir gətirir.
6. Çin
Hazırda Çin təbii ehtiyatlarının zənginliyinə görə dünyada 6-cı sıradadır. Kömür və digər yeraltı mineral ehtiyatları ölkənin əsas gəlir mənbəyi hesab olunur. O dünya kömür hasilatının 13%-ə bərabər olan çoxlu kömür ehtiyatlarına malikdir. Təbii ehtiyatlarına görə Çinin illik gəliri 23 trilyon dollardan çoxdur.
7. Braziliya
Braziliyanın siyahıda yer almasına səbəb olan onun zəngin qızıl və uran yataqlarına sahib olmasıdır. Baxmayaraq ki, Braziliya ümumdünya dəmir hasilatının 17%-nə malikdir, lakin o dünyanın 2-ci ən çox dəmir istehsal edən ölkəsidir. Meşə materialları ölkənin iqtisadiyyatına güclü təsir göstərir və Braziliya ümumdünya meşə materialları hasilatının 12.3%-nə sahibdir. Ölkənin bütün təbii ehtiyatları 21.8 trilyon dollar dəyərindədir.
8. Avstraliya
Avstraliya kömür, mis, dəmir və meşə materialları ehtiyatlarına görə getdikcə daha da zənginləşən bir ölkədir. Ölkə dünya qızıl təchizatının 14.3%-nə bərabər olan zəngin qızıl ehtiyatlarına malikdir. Əlavə olaraq isə ümumdünya uran təchizatında 46% paya yiyələnmişdir. Ölkənin bütün təbii ehtiyatlarından əldə etdiyi gəlir 19.9 trilyon dollardan çox hesablanır.
9. İraq
İraq da dünyada təbii ehiyatlarına görə məşhurdur. Onun bir ilik neft hasilatı 115 milyon barelin üzərindədir. Bu da ümumdünya neft hasilatının 9%-ideməkdir. Əlavə olaraq onun 1.1 trilyon dollara bərabər olan fosfat süxur ehtiyatları mövcuddur. İraqın ümumi gəliri isə 15.9 trilyon dollardır.
10. Venesuela
Venesuela zəngin neft və qaz ehtiyatlarına görə dünyanın digər ölkələrilə müqayisədə 10-cu məşhur ölkəsidir. Neft, qaz, meşə materialları və digər təbii ehtiyatlardan əldə etdiyi ümumi gəlir 14.3 trilyon dollardan daha çoxdur.
Banco.az/ Ülkər Bağırova