Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq | Banco.az

Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq

Bu il COVID-19 pandemiyası fonunda qlobal iqtisadiyyatda korporativ borcun həcmi 1 trln. ABŞ dollarına yaxın artacaq.

"Janus Henderson" aktivlərin idarə edilməsi şirkətinin "Korporativ Borc İndeksi" adlı araşdırmasına istinadən bildirilir ki, qlobal iqtisadiyyatda bu il ümumi korporativ borc 12% artaraq 9,3 trln. dollara çatacaq. Ötən il bu göstərici 8,1% artmışdı və bunun əsas səbəbləri kimi şirkətlərin konsolidasiyası, satınalmaları və dividentlərlə səhmlərin alınmasına xərclənən vəsaitlər olub. Lakin bu ilin əsas artım drayverlərinin şirkətlərin daha çox öz maliyyə mövqelərinin qorumaq üçün xərclədiyi vəsaitlər və aldığı borcların olacağı göstərilir.

Qeyd edək ki, araşdırma dünyanın ən yüksək səviyyəli 900 şirkət arasında aparılan təhlillərə əsaslanır.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et