Dünyada qızıla tələbat artır: Azərbaycan nə qədər qızıl ixrac edib? | Banco.az

Dünyada qızıla tələbat artır: Azərbaycan nə qədər qızıl ixrac edib?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin ikinci rübündə dünyada qızıla tələb ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 929 ton təşkil edib. 

Banco.az Dünya Qızıl Şurasının (WGC) hesabatına istinadən xəbər verir ki, qızılın qiymətinin yüksək olması səbəbindən zərgərlik məmulatlarına tələbat 19 faiz azalaraq 391 tona, zərgərlik sənayesindən qızıla tələb isə müvafiq olaraq 17 faiz azalaraq 411 tona düşüb.

Məlumata görə, dünyanın mərkəzi bankları 2024-cü ilin may ayında ümumi ehtiyatlarını 10 ton artırıblar. Bu, artıq 12-ci aydır ki, mərkəzi bankların qızıl alışlarında artım davam edir. Lakin statistikaya görə, ilin əvvəlindən alış həcmləri hər ay azalır. Belə ki, mart ayında ümumi alışlar 39 ton, apreldə 36 ton, may ayında isə 23 ton təşkil edib. Son 12 ayda orta aylıq bank alışları 42 ton olub.
Azərbaycan qızılın həm istehsalçısı, həm də idxalçısı olaraq 2024-cü ilin yanvar-noyabr aylarında 143,1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 8,3% azdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən,  2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 156,1 mln. dollar təşkil edib. 2024 yanvar-fevral aylarında Azərbaycan 6,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 2,25 dəfə azdır.
Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycanda 2614 kq qızıl istehsal edilib. 2022-ci ilə nisbətən qızıl istehsalı 17,7 faiz azalıb.
Cari ilin yanvar-iyun aylarında isə Azərbaycanda 1 003,7 kq qızıl istehsal edilib. Statistikaya görə, 2024-cü il iyul ayının 1-nə ölkədə 247,7 kq isə qızıl hazır Azərbaycan 2023-cü ildə dünya bazarlarına 3 min 719,75 kq qızıl ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 32 faiz azdır. 
2024-cü ilin yanvar-mayında isə qızıl ixracı 1199,09 kq təşkil edib. Bundan 45 milyon 281 min dollar gəlir əldə olunub.
Qeyd edək ki, Azərbaycanda qızıldan investisiya aləti kimi istifadə edən əsas qurum Azərbaycan Dövlət Neft Fondudur.
2012-ci ilin fevral ayından  qızıl alışına başlayan Fond ilk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışını həyata keçirib.
2024-cü ilin birinci rübün yekunlarına əsasən qızılın həcmi 104,6 tona, ikinci rübün yekununda isə 114,9 tona çatdırılıb. Birinci yarımilin sonunda fondun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8 faiz) qızıl investisiyaları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et