Dünyada öz əhalisini ən sürətlə peyvənd etdirən ölkələrin siyahısı açıqlanıb | Banco.az

Dünyada öz əhalisini ən sürətlə peyvənd etdirən ölkələrin siyahısı açıqlanıb

Dünyada öz əhalisi arasında COVID-19 əleyhinə vaksinasiyanı ən sürətlə həyata keçirən ölkələrin adları açıqlanıb.

Araşdırma “Bloomberg”in analitikləri tərəfindən həyata keçirilir.

İlk beşliyə daxil olan ölkələr Birləşmiş Ərəb Əmirlikləri (65,1 faiz peyvənd), Çili (64,5 faiz), Belçika (60,6 faiz), İsrail (59,5 faiz) və İspaniyadır (59 faiz).

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əhalinin yarıdan çoxunu peyvənd etdirən ölkələrin rəhbərliyinə müraciət edib.

ÜST-ün baş direktoru onlardan vaksin dozalarını kasıb ölkələrlə paylaşmağı xahiş edib.

oxu.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et