Dünyada nüvə başlığı olan 9 ölkə | Banco.az

Dünyada nüvə başlığı olan 9 ölkə

Müəllif:Mehin Qasımova/Banco.az

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü il hesabatına görə, dünyada 12 min 512 nüvə başlığı var.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, dünyada nüvə başlıqlarının sayı azalmaqda davam edir.

Bu, ABŞ və Rusiyanın istifadə olunmamış döyüş başlıqlarını ləğv etməsi ilə bağlıdır.

Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşəbbüs (ICAN) tərəfindən hazırlanan hesabatlarda 2019-2022-ci illərdə nüvə silahı olan 9 ölkənin nüvə silahı yaratmaq üçün etdiyi sərmayələr də dərc edilib. Məlumata görə, dünya üzrə nüvə silahlarına investisiyalar 2019-cu ildə 72,9 milyard dollar, 2020-ci ildə 72,6 milyard dollar, 2021-ci ildə 82,4 milyard dollar, 2022-ci ildə isə 82,9 milyard dollar təşkil edib. 4 ildə investisiyaların 10 milyard dollar artması diqqət çəkib. 

Hesabata əsasən, dünyada nüvə başlığı olan 9 ölkə:

1.Rusiya: 5 min 889

2.ABŞ: 5 min 244

3.Çin: 410

Ən sərfəli kredit üçün müraciət et

4.Fransa: 290

5.İngiltərə: 225

6.Pakistan: 170

7.Hindistan: 164

8.İsrail: 90

9.Şimali Koreya: 30

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram