Dünyada neft istehlakı 2030-cu ilə qədər sabit olacaq | Banco.az

Dünyada neft istehlakı 2030-cu ilə qədər sabit olacaq

Dünyada neft istehlakı 2030-cu ilə qədər sabit olacaq.

Bunu "Lukoil" şirkətinin vitse-prezidenti Leonid Fedun dünya energetikasının 2050-ci ilə qədər inkişaf perspektivlərinin təqdimatında deyib.

Şirkətin hesablamalarına görə, bunun ardınca Avropada, 2035-ci ildən isə ABŞ və Çində istehlakın kəskin azalması müşahidə olunacaq.

Eyni zamanda, L. Fedun qeyd edib ki, neftə olan tələbat mövcud layihələr hesabına ödənilməyəcək: "Sənayeyə çox az sərmayə qoyulur. Neft sənayesinə az sərmayə qoyulması neftin qiymətinin kəskin artmasına səbəb ola bilər".

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram