Dünyada milyonçuların sayı çoxalacaq | Banco.az

Dünyada milyonçuların sayı çoxalacaq

Tamara Mustafayeva, Banco.az

2022-ci ildə dünyada gəlir bərabərsizliyi dərinləşərkən, yaxın 5 ildə milyonçuların sayının 40 faiz artacağı gözlənilir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İsveçrənin qlobal investisiya bankı "Credit Suisse Group"un Qlobal Sərvət Hesabatına görə, sərvəti 1 milyon dollardan çox olan milyonçuların sayı 2026-cı ilə qədər 87,5 milyonu ötəcək. 2021-ci ildə bu rəqəm 62,5 milyon olub.

Hesabatda, xüsusilə inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında milyonçuların sayının çoxalacağı, Çində isə bu göstəricinin hətta iki dəfə artacağı proqnozlaşdırılıb.

Dünyanın ən varlı 500 insanın sərvəti ilin ilk yarısında 1,4 trilyon dollar azaldığı halda, "Credit Suisse", xüsusilə inkişaf etmiş bazarlarda sürətli canlanma gözləyir. Pandemiya səbəbindən Çin iqtisadiyyatında ləngimə müşahidə olunmasına baxmayaraq, bank ölkədə varlı insanların sayının artacağına inanır.

Hesabatda, "İnflyasiya və Rusiya-Ukrayna müharibəsi kimi mənfi təsirlərə baxmayaraq, ümumi qlobal sərvətin artacağına inanırıq. Çində ev təsərrüfatı sərvətinin artacağını düşünürük", sözlərinə yer verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bank 2026-cı ilə qədər şəxsi sərvətlərin 36 faiz artaraq 169 trilyon dollara çatacağını proqnozlaşdırıb. Hesabatda sərvəti 50 milyon dollardan çox olan multimilyonçuların sayının isə 385 minə çatacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et