Dünyada milyonçuların sayı bəlli olub | Banco.az

Dünyada milyonçuların sayı bəlli olub

Dünyada milyonçuların sayı 14,6 mln. nəfərə çatıb.

Dünya üzrə sərvəti 1 mln. ABŞ dolları həddini aşan insanların sayı 14,6 mln. nəfərə çatıb. Banco-nun "CNN Türk"-əə istinadən verdiyi xəbərə görə, bu barədə "RBC Wealth Management" və "Capgemini" şirkətlərinə birgə hazırladığı hesabatda deyilir.

Məlumatda qeyd edilir ki, 2014-cü ildə milyonçuların sayı 920 min nəfər artıb.

Ən sərfəli kredit üçün müraciət et

Milyonçuların siyahısına daşınmaz əmlak, bahalı incəsənət əşyaları və avtomobillər nəzərə alınmadan 1 milyon dollardan yuxarı investisiyaya malik şəxslər daxil edilir. Onların 60 faizi ABŞ, Yaponiya, Almaniya və Çində yaşayır. 

Hesabatda bildirilir ki, yeni milyonçuların 345 mini ABŞ-dan çıxıb və ümumilikdə 4 milyon 351 min milyonçu ilə ölkə birinciliyini qoruyub. ABŞ-ı 2 milyon 452 min milyonçu ilə Yaponiya və bir milyon 141 min milyonçu ilə Almaniya izləyir. Milyonçu sayı ötən illə müqayisədə 17% artan Çin isə siyahıda dördüncü yeri tutur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et