Dünyada milyarderlərin yeni paytaxtı açıqlandı | Banco.az

Dünyada milyarderlərin yeni paytaxtı açıqlandı

Dünyada ən çox milyarderin yaşadığı yeni paytaxt ortaya çıxıb.

“Forbes”in illik reytinqinə əsasən 2021-ci ildə tarixdə ilk dəfə Pekin dünya milyarderlərinin sayına görə Nyu-Yorku üstələyib.

Ötən il Çinin paytaxtında daha 33 yeni milyarder ortaya çıxıb, buna görə də Pekin ən zəngin insanların ümumi sayı üzrə siyahıda Nyu-Yorku sıxışdırıb. Hazırda Asiya ölkəsinin paytaxtında 100 milyarder yaşayır. Qeyd edilir ki, Nyu-Yorkda bu göstərici 99 nəfərdir.

Pekinin ən zəngin sakini “TikTok ByteDance” şirkətinin banisi Çjan İmindir. Onun sərvəti 35,6 milyard ABŞ dolları təşkil edir. Nyu-Yorkun keçmiş meri Maykl Blumberq şəhərin ən zəngin sakinidir. Onun sərvəti 59 milyard ABŞ dolları təşkil edir.

ABŞ-da dünyanın istənilən başqa ölkəsindən çox milyarder yaşayır. Amma Çin də son vaxtlar Birləşmiş Ştatları haqlayır. “Forbes”in hesabatına əsasən, ötən il Çində və Honkonqda 210 yeni milyarder ortaya çıxıb. Bu, artım tempi digər ölkələrdən çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çinin beş şəhəri milyarderlərin ən böyük sayı üzrə dünyada ilk onluğa daxildir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et