Müəllif:Ayşən İmanova/Banco.az
Son bir ildə dəyəri bir milyon dollardan çox olan kriptovalyuta sahiblərinin sayı demək olar ki, iki dəfə (95 %) artaraq 172,3 min nəfərə çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Henley&Partners” konsaltinq şirkəti tərəfindən “Crypto Wealth Report” araşdırmasında deyilir.
Mütəxəssislərin hesablamalarına görə, dünyada 85 min bitkoin milyonçusu var ki, bu da bir il əvvəllə müqayisədə 111% çoxdur.
Həmçinin, qeyd olunan vaxt ərzində dünyada 6 yeni kripto-milyarder peyda olub, onlardan beşi bitkoinlər vasitəsilə sərvət qazanıb. Hazırda onların sayı 28-ə çatıb. 100 milyon dollardan çox kriptovalyuta sahibi olanların sayı isə 79% artaraq 325-ə çatıb.
Analitiklərin sözlərinə görə, Bitcoin uzunmüddətli investorları cəlb etmək üçün dominant kriptovalyuta olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!