İşsizlərin siyahısında isə ən pis durumda olan gənclərdir, onların 13 faizi özlərinə iş yeri tapa bilmirlər.
2013-cü ildə dünyada qeyd edilən işsizlərin sayı 5 milyon nəfər artaraq 200 milyona çatıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Beynəlxalq Əmək Təşkilatı yayıb. Təşkilat bunu iqtisadi artımın zəif olması ilə əlaqələndirir. Hazırlanan sənəddə deyilir ki, 2013-cü ildə işsizliyin orta səviyyəsi 6.1 faiz olub.
İşsizlərin siyahısında isə ən pis durumda olan gənclərdir. Onların 13 faizi özlərinə iş yeri tapa bilmirlər.
Mənbə: anspress.com