Dünyada ilk: Süni intellektli robot CEO oldu | Banco.az

Dünyada ilk: Süni intellektli robot CEO oldu

Müəllif:Mehin Qasımova/Banco.az

Bir çox işçi süni intellektin işlərini əvəz edəcəyindən narahat olsa da, bir şirkət ilk insanabənzər robot CEO-nu işə götürdüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, bu ilki Kolumbiyanın   "Dictador"  şirkəti gerçəkləşdirib.

Belə ki, şirkət bu yaxınlarda dünyanın ilk süni intellektlə işləyən robot CEO-su Mikanı işə götürdüyünü açıqlayıb. 

Mikanın "Diktador"da işləməsində əsas rol oynayan Hanson Robotics-in baş direktoru David Hanson süni intellektin “insanlaşmasının” vacibliyini vurğulayıb:

"Süni intellektin həqiqətən təhlükəsiz və həqiqətən yaxşı olması üçün insanlara dəyər verməyi öyrətməliyik. Düşünürəm ki, bunu humanistləşdirmək çox vacib aspektdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram