Dünyada ilk dəfə tərkibində xalis qızıl olan əskinas buraxıldı | Banco.az

Dünyada ilk dəfə tərkibində xalis qızıl olan əskinas buraxıldı

Müəllif:Ayşən İmanova/Banco.az

Dubayda zərgər Rahul Saqar tərəfindən hazırlanmış tərkibində 24 karatlıq xalis qızıl olan dünyada ilk əskinas təqdim edilib.

Banco.az xəbər verir ki, əskinas 0,1 qram 24 karat qızıldan ibarət kağızdan hazırlanıb və Dubayın görməli yerlərini əks etdirir. Bütün pullar kimi, onun da öz seriya nömrəsi var, lakin bu unikal qızıl suvenirdir və qanuni ödəniş vasitəsi kimi istifadə olunmur.

24 karatlıq qızıl əskinas ən son istehsal proseslərindən istifadə edilməklə hazırlanıb. Əskinasda qızılı qoruyan və onu davamlı edən polimer altlıq təbəqələri arasında 0,1 qram qızıldan ibarət nazik təbəqə yerləşdirilib.

Qeyd edək ki, əskinasları yalnız “Dian Jewellery” və “Shantilal Jewelers” mağazalarında, həmçinin “Dian Jewellery” saytında onlayn əldə etmək olar. Onların hər birinin qiyməti 159 dirhəmdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram