Dünyada ilk dəfə bu ölkədə uçan avtomobillər üçün hava limanı inşa edilir | Banco.az

Dünyada ilk dəfə bu ölkədə uçan avtomobillər üçün hava limanı inşa edilir

Tamara Mustafayeva, Banco.az

Boeing və Porsche kimi nəhənglər də daxil olmaqla uçan avtomobillərə sərmayə qoyan şirkətlərin sayı gün keçdikcə artır. Hazırda isə İngiltərənin Koventri şəhəri dünyanın ilk uçan avtomobillərinə ev sahibliyi etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərənin "Urban Air Port" startapı Cənubi Koreyanın "Hyundai Motors" şirkəti ilə əməkdaşlıq çərçivəsində futuristik hava limanı inşa edir. Bu ilin noyabr ayında açılması planlaşdırılan hava limanı yeni nəsil elektrikli və avtonom hava vasitələrinə ev sahibliyi edəcək sıfır emissiyalı infranstruktur ilə təchiz ediləcək.

"Urban Air Port" adlandırılacaq bu hava limanında uçan avtomobillərlə yanaşı sərnişin daşıyan dronlar və şaquli qalxış və eniş (eVTOL) edə bilən hava vasitələri də yer alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, layihənin icrasına 1.2 milyon funt sterlinq vəsait ayrılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et