Dünyada gündəlik neft hasilatı artıb | Banco.az

Dünyada gündəlik neft hasilatı artıb

Bu ilin oktyabr ayında dünyada gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 0,2 mln. barel artıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, oktyabrda Liviyada və Şimal dənizində hasilatın gözləniləndən daha sürətli bərpası gündəlik qlobal neft tədarükünü 91,2 mln. barelə çatdırıb. Bu artım əsasən qasırğalar səbəbindən ABŞ-da hasilatın aşağı düşməsi və BƏƏ-də neft hasilatının azaldılmasının davam etməsi ilə balanslaşdırılıb.

"Nəticədə, hasilat həcmi sentyabr ayı ilə müqayisədə 0,2 mln. barel artıb, illik ifadədə isə 10 mln. barel azalıb", - hesabatda deyilir/

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram