"Ərzaq məhsullarının qiymətlərində qlobal artım hələ davam edəcək" | Banco.az

"Ərzaq məhsullarının qiymətlərində qlobal artım hələ davam edəcək"

Rusiyanın İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov Moskva Maliyyə Forumunun plenar iclasında bildirib ki, ərzaq məhsullarının qiymətlərində qlobal artım hələ davam edəcək və Rusiya hökuməti bununla mübarizə aparmaq məcburiyyətində qalacaq.

Onun sözlərinə görə, avqust ayında ərzaq məhsullarının qiymət indeksi qeyri-ərzaq məhsullarının qiymət indeksini ötüb keçib.

"Qiymət artımları, dünya iqtisadiyyatının aktiv pul emissiyasına, büdcə kəsirlərinə və uzun müddət yumşaq pul siyasətinə verdiyi təbii reaksiyadır. Təəssüf ki, bu, sona çatmayan bir prosesdir. Qida seqmentində belə görürük ki, avqust ayında qiymət artımı yenidən başlayıb - həm buğda, həm də günəbaxan yağı bahalaşır. İşləməyə davam etməliyik" - deyə Reşetnikov bildirib.

Nazir əlavə edib ki, bu vəziyyətə təsir etmək, mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər tətbiq olunur.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadi İnkişaf Nazirliyinin rəhbəri qeyd edib ki, açıq iqtisadiyyatda qiymət təzyiqini tamamilə neytrallaşdırmaq mümkün deyil.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et