Dünyada ən yüksək mənzil qiymətləri hansı ölkələrdədir? | Banco.az

Dünyada ən yüksək mənzil qiymətləri hansı ölkələrdədir?

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın aparıcı əmlak agentliyi şirkəti “Knight Frank” 2022-ci ilin üçüncü rübü üçün ölkələr üzrə mənzil qiymətləri reytinqini açıqlayıb.

Banco.az xəbər verir ki, ölkə Türkiyə 189 faiz ilə birinci yerdə qərarlaşıb.

Reytinqə daxil olan 56 ölkə arasında Estoniya 27 faizlə ikinci yerə sahiblənib. Növbəti pillədə isə 23 faizlə Macarıstan, Çexiya və İslandiyanı görmək mümkündür. Bundan başqa 6 ölkədə nominal qiymətlərin ucuzlaşdığı məlum olub. Belə ki, siyahının sonuncu pilləsində qərarlaşan Cənubi Koreyada ev qiymətləri 8 faiz azalıb. Bu tendensiyaya qoşulan Peru və  Yeni Zelandiyada azalma nisbəti isə müvafiq olaraq 5% və 2% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et