Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İnkişaf etmiş dövlətlər yüksək əmək haqqı göstəricilərinə əsasən işçi kütləsinin diqqətini cəlb edirlər.
Həmin ölkələrdə həyat səviyyəsinin yüksək olması əmək haqqına təsir göstərir.
Texnologiya, maliyyə, və mühəndislik sahələrində əmək haqları daha yüksək olur. Buna səbəb əmək haqqı ilə həyat keyfiyyəti arasında tarazlığın qorunmasındadır.
Banco.az yaşayış dəyəri indeksinə əsasən ən yüksək əmək haqqı verən ölkələr haqqında məlumatı təqdim edir:
Ən yüksək orta əməkhaqqı verilən ölkələrin reytinqində birinci yeri İsveçrə tutub.
Bu ölkədə 2023-cü ildə orta aylıq əməkhaqqı 8 111 dollar (təxminən 13.8 min manat) olub. İsveçrə uzun müddətdir ki, yüksək maaşlı ölkələr arasında liderdir. Bu ölkə yüksək məhsuldarlıq və maliyyə sektoru ilə seçilir.Cenevrə və Sürix kimi böyük şəhərlərdə maaş daha yüksəkdir.
İkinci yerdə 6 633 dollarla (təxminən 11.3 min manat) Lüksemburq qərarlaşıb.
Avropanın ən kiçik hissəsindən biri olan Lüksemburq, maliyyə mərkəzi olaraq yüksək gəlir səviyyəsi ilə məşhurdur.
ABŞ isə üçüncü yerdədir. Burada orta aylıq əmək haqqı 6 455 dollardır.ABŞ-da maaşlar geniş diapazonda dəyişir, lakin texnologiya və maliyyə sektoru kimi maaşlar çox yüksək ola bilər.
Skandinaviya ölkələri arasında Norveç ən yüksək əmək haqqı göstəricilərinə malikdir. Sosial təminat sistemi və yüksək həyat standartları əmək haqqına təsir göstərir.
Danimarkada da əmək haqqı səviyyəsi yüksəkdir və işçilər üçün geniş sosial təminat sistemi mövcuddur.
Saatlıq əməkhaqqı baxımından birinci yerdə İslandiya - 54.84 dollar (93.16 manat), ikinci Lüksemburq - 53.15 dollar (90.27 manat) və üçüncü yerdə İsveçrə - 47,75 dollar (81.09 manat) qərarlaşıb.
Bunun səbəbi bəzi ölkələrdə iş saatlarının sayının daha yüksək nisbətdə aşağı olmasıdır.
Güclü iqtisadiyyat və inkişaf etmiş işçi hüquqları sistemləri Kanadada tam maaşların əsas səbəblərindəndir.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada yüksək texnologiyalı və sənaye sahələri böyük gəlir gətirir.