Dünyada ən çox arzulanan 10 peşə | Banco.az

Dünyada ən çox arzulanan 10 peşə

“Arzularımın peşəsi”.

Xoşbəxtliyin formulalarından biri də sevdiyin işlə məşğul olmaqdır. Əgər gördüyün işi sevirsən və vaxtın necə keçdiyini hiss etmirsənsə, onda səni 70% xoşbəxt insan hesab etmək olar. Insanlar ömrüboyu axtarışda olur. Sevdiyi, doğurdan da məşğul olmaq istədiyi sənəti axtarıb tapmaq istəyir. Bəziləri buna müvəffəq olur. Digərləri isə sadəcə həmin işi tapa bilmirlər, ya da sırf qazanc üçün sevmədiyi işi görməyə razı olurlar. Beləcə bir də ayılanda görürlər ki, ömür keçib və yeni nələrisə yoxlamağa nə həvəs, nə də enerji qalıb.

Bəzən dream job-u tapmaq çox çətin olur. Lakin mütəxəsisslər hesab edir ki, sevdiyin işi tapanadək, özünü hər sahədə yoxlamaq lazımdır. Çünki hər bir insanın daxilində xüsusi bir istedad yatır və o, onu oyandıracaqları günü gözləyir. Bu səbəbdən də, özünüzü müxtəlif sahələrdə yoxlamaqdan çəkinməyin, məvacib almasanız belə bu sizə həyatınızdakı məqsədi axtarıb tapmaqda kömək edəcək.

Bir sənədli filmdə, heykəltəraş xanımın həyat yolundan danışılırdı. O qeyd etmişdi ki, bu sahəyə gəlişi tamamilə təsadüf nəticəsində baş verib. Bacısı ilə birlikdə heykəltəraşlıqla məşğul olan məşhur rəssamın yanına gəlməli olur. Lakin heykəltəraşın köməkçisi həmin gün xəstə olduğundan işə gələ bilmir. Rəssam həmin xanımdan ona kömək etməyi xahiş edir. Beləcə onun gillə davranışı rəssamın xoşuna gəlir və ondakı gizli istedadı kəşf edir.

Arzularınızın peşəsi bəlkə də bir addımlığınızdadır, ona yaxınlaşmaqdan çəkinməyin!

Indisə gəlin Britaniyada keçirilmiş sorğuya nəzər salaq. Sorğunun nəticəsində 10 ən çox arzulanan peşələrin yer aldığı siyahı tərtib olunub.

1. Pilot

2. Xeyriyyə və ya qeyri-hökumət təşkilatlarında işləmək.

3. Yazıçı

Ən sərfəli kredit üçün müraciət et

4. Fotoqraf

5. Musiqiçi və ya müğənni

6. İdman treneri və ya məşqçi

7. Formula 1, Moto GP və ya ralli sürücüsü

8. Aktyor

9. Jurnalist

10. Rəssam

Ən sərfəli krediti almaq üçün müraciət et