Dünyada dollarla verilən kreditlər böhrandan sonra ilk dəfə azalıb | Banco.az

Dünyada dollarla verilən kreditlər böhrandan sonra ilk dəfə azalıb

Bu ilin 1-ci rübünün yekununda ABŞ istisna olmaqla dünya ölkələrində dollarla verilən kreditlərin ümumi həcmi 7,9 trln. dollar təşkil edib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (BİS) ən son rüblük hesabatında bildirilir. 

Hesabata əsasən, dollarla kreditlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% azalıb. Qlobal dollar kreditləşməsnini həcmindəki azalma ABŞ istisna olmaqla 2007-2009-cu il böhranından sonra ilk dəfə qeydə alınıb. 

Ən sərfəli kredit üçün müraciət et

İnkişaf etməkdə olan ölkələrdə dollar kreditlərinin həcmi 2016-cı ilin yanvar-mart aylarında 3,2 trln. təşkil edib ki, bu da 2015-ci il II rübünün sonunda qeydə alınan maksimal rekord həddən 137 mln. dolllar və ya 4,1% azdır.

Martın sonuna avro ilə avrozona xaricində verilən kreditlər isə son 2 ildə ilk dəfə azalma nümayiş etdirib. BİS bunu avrozona banklarının maliyyə vəziyyətinin zəifləməsi ilə izah edib.

Mənbə : Report.az