Dünyada birbaşa xarici investisiyaların həcmi ötən il 42% azalıb | Banco.az

Dünyada birbaşa xarici investisiyaların həcmi ötən il 42% azalıb

Koronavirus pandemiyası fonunda 2020-ci ildə dünyada birbaşa xarici investisiyaların həcmi 42% azalaraq 859 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə birbaşa xarici investisiyanın həcmi 1,5 trln. dollara çatıb. Beləliklə, 2005-ci ildən bəri ilk dəfə xarici investisiyalar 1 trln. dollardan az olub.

"Sonuncu dəfə analoji azalma ötən əsrin 90-cı illərində qeydə alınıb", - hesabatda bildirilir.

UNCTAD-ın mütəxəssisləri vəziyyətin 2021-ci ildə yaxşılığa doğru dəyişəcəyini, lakin COVID-19 təhlükəsinin aradan qaldırılması perspektivləri ilə bağlı qeyri-müəyyənlik üzündən xarici investisiyaların həcminin aşağı qalacağını proqnozlaşdırırlar.

Birbaşa investisiyalardakı ən böyük azalma (69% – 229 mlrd. dollaradək) inkişaf etmiş ölkələrdə qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Məruzədə Avropa ölkələrindəki investisiyaların əhəmiyyətli dərəcədə azaldığı da qeyd olunur. Belə ki, Avropa regionunda birbaşa xarici investisiya axını 67% azalaraq 4 mlrd. dollara düşüb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et