Dünyada birbaşa xarici investisiyalar yarıbayarı azalıb | Banco.az

Dünyada birbaşa xarici investisiyalar yarıbayarı azalıb

2020-ci ilin ilk yarısında qlobal birbaşa investisiya axınları 2019-cu ilə nisbətən 49% azalıb. İnvestisiya layihələrinə pandemiya və karantin, həmçinin onların səbəb olduğu tənəzzül mənfi təsir edib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) yeni hesabatında deyilir.

Azalma birbaşa xarici investisiyanın bütün əsas formalarına təsir edib. Yeni investisiya layihələri 37%, birləşmə və alışlar 15%, infrastruktur sahəsinə investisiyaların əhəmiyyətli mənbəyi olan transsərhəd layihələrin maliyyələşdirilməsi üzrə əməliyyatlar 25% azalıb.

İnkişaf etmiş iqtisadiyyatı olan ölkələrdə investisiyaların həcmində ciddi azalma müşahidə edilib. Məsələn, Şimali Amerika ölkələrinə birbaşa xarici investisiyalar 56% azalaraq 68 milyard ABŞ dolları təşkil edib.

Asiyada birbaşa xarici investisiyalardakı azalma xüsusən Çindəki yüksək göstəricilər səbəbilə cəmi 12% olub. Rusiyadakı kəskin geriləmə səbəbindən keçid iqtisadiyyatlı ölkələrdə xarici investisiyaların həcmi 81% azalıb.

“Perspektiv qeyri-müəyyəndir. O, səhiyyə sahəsində böhranının davametmə müddətindən və pandemiyanın iqtisadi təsirinin azaldılması üzrə görülən siyasi tədbirlərin effektivliyindən asılı olacaq. Qeyri-müəyyənlik həm də geosiyasi risklərdən qaynaqlanır”, - press-relizdə deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et