Dünyada 260 milyon insan qida çatışmazlığı ilə üz-üzədir | Banco.az

Dünyada 260 milyon insan qida çatışmazlığı ilə üz-üzədir

Müəllif - Aida İsaq, Banco.az

Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı ötən illə müqayisədə 30 faiz artaraq 360 milyona çatıb.

Banco.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən sessiyada çıxışı zamanı bildirib. Məcburi köçkünlərin sayının 110 milyona çatdığını qeyd edən A.Quterreş 260 milyon insanın ciddi qida çatışmazlığı və aclıqla üzləşdiyini vurğulayıb.

Rəsmi nümayəndə bunun əsas səbəbinin həllini tapmayan münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirib. BMT təmsilçisi Kovid-19 pandemisyası ilə başlayan və Rusiyanın Ukraynayada həyata keçirdiyi hərbi əməliyyatlar ilə daha da ağırlaşan qlobal iqtisadi problemlərin daha çox həssas təbəqəyə böyük zərbə vurduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram