Dünyaca tanınmış şirkət 1,1 milyard dollara satılır | Banco.az

Dünyaca tanınmış şirkət 1,1 milyard dollara satılır

90-cı illərdə moda dünyasının ən tanınan markalarından biri olan "Victoria's Secret" əl dəyişdirir

42 il əvvəl ABŞ-da qurulan və dünyanın dörd bir yerində qadın geyimi və gözəllik məhsulları satılan "Victoria's Secret" markası satılır.

Ölkənin ən böyük 500 şirkətindən biri olan "L Brands"ın çətiri altında fəaliyyət göstərən "Victoria's Secret" markasına nəzarət "Sycamore Partners" adlı özəl sərmayə fonduna verilir. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ mətbuatındakı xəbərlərə görə, "Sycamore Partners" adlı fond son dövrdə maliyyə baxımdan çətinlik çəkən "Victoria's Secret" üçün 1.1 milyard dollar ödəyərək şirkətin 55% hissəsini və dolayısı ilə markaya nəzarəti alacaq. Əməliyyatın ardından "Victoria's Secreti"n şirkət quruluşu da dəyişəcək.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et