Dünyaca məşhur tennisçinin 260 milyon dollarlıq karyerası | Banco.az

Dünyaca məşhur tennisçinin 260 milyon dollarlıq karyerası

Tamara Mustafayeva, Banco.az

Ötən ay “Vogue” jurnalına müsahibəsi zamanı ABŞ Açıq turnirindən sonra tennisdən ayrılacağını açıqlayan Serena Vilyams 3-cü turda ABŞ Açıq çempionatı ilə vidalaşıb.

Banco.az sizə dünyaca məşhur tennisçinin maddi və mənəvi uğurlarla dolu karyera yolunu təqdim edir.

Tennisə 1995-ci ildə başlayan amerikalı tennisçi Serena Vilyams 27 illik karyerası ərzində 23 dəfə "Böyük Dəbilqə" çempionu olub, 260 milyon xalis sərvətə malikdir. 

Tennis karyerası ərzində iştirak etdiyi turnirlərdən 94,6 milyon dollar qazanan Vilyams 1999-cu ildə, hələ 17 yaşında olarkən ilk ABŞ Açıq çempionluğunu qazanıb. 'Fərdi qadınlar' kateqoriyasında o, 7 dəfə Uimbldon və Avstraliya Açıq, 6 dəfə ABŞ Açıq və 3 dəfə Fransa Açıq turnirinin qalibi olub.

Məşhur tennisçi 2017-ci ildə Avstraliya Açıq çempionatında sonuncu "Böyük Dəbilqə"sini 8 həftəlik hamilə ikən qazanıb.

Vilyams ən çox "Böyük Dəbilqə" qazanan ikinci tennisçidir. Liderlik isə 24 dəfə "Böyük Dəbilqə" yarışlarının qalibi olan avstraliyalı tennisçi Marqaret Korta məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu günə qədər "Forbes" siyahısının ən çox qazanan qadın idmançısı olan Serena bir neçə il əvvəl özünün vençur kapitalı şirkətini təsis edib. O, "Serena Ventures" adlanan bu şirkət vasitəsilə indiyə qədər 60-dan çox startapa investisiya qoyub.

Şirkətin ən son investisiyaları arasında daha çox qaradərili proqram mühəndisinin işə götürülməsinə kömək etmək məqsədi daşıyan "Karat" layihəsi də var.

Məşhur tennisçinin ilk uşaq kitabı bu ay işıq üzü görəcək. O, həmçinin Mayami Delfinləri futbol klubunda da kiçik bir paya malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et