Dünyaca məşhur bank Dollar/TL proqnozunu yüksəltdi | Banco.az

Dünyaca məşhur bank Dollar/TL proqnozunu yüksəltdi

Tamara Mustafayeva, Banco.az

"Commerzbank" 2022-ci ilin mart ayı üzrə Dollar/TL proqnozunu yeniləyib.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının ötən həftə uçot dərəcəsi faizini 200 bənd azaltmasından sonra xarici bank və maliyyə qurumları Dollar/TL məzənnəsi üzrə proqnozlarını yeniləməli olublar.

İndi də Almaniyanın məşhur bankçılıq nəhəngi "Commerzbank" mart 2020 tarixli proqnozunu 10-dan 11-ə yüksəldib. Bank bildirib ki, Türkiyə Respublikası Mərkəzi Bankının sentyabr ayında açıqladığı faiz endirimi inflyasiya-məzənnə burulğanı başladacaq və bu burulğan əvvəlcə faiz endirimlərinin dayanmasına, daha sonra isə yenidən başlamasına gətirib çıxaracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram