Dünya zənginlərinin sərvəti nə qədərdir? | Banco.az

Dünya zənginlərinin sərvəti nə qədərdir?

Dünyanın 80 ən zəngin insanının toplam sərvəti, Yer kürəsinin bütünlükdə kasıb əhalisinin sərvətinin 50%-nə bərabərdir.

Bunu Oxfamın açıqladığı rəqəmlər söyləyir, Dünyanının super varlıları getdikcə daha da varlanır.

Belə ki, 2010-cu ildə yer kürəsinin ümumilikdə sərvətinin yarısını əldə etmək üçün dünyanın ən zəngin 388 sakinin sərvətini üst-üstə qoymaq lazım gələrdi.

Bu müqayisə çox təsirli olsa da bir az abstrakt görünə bilər.

Həqiqətən, Oxfam dünya sərvətini hesablama metodlarına görə tənqid də edilib.

Bəs, gerçəklikdə bütün bu pullar necə görünür? Biz FORBES-in ən zəngin insanlarını adlarını aşağıdakı siyahıya saldıq və onların xalis sərvətlərinin həcmi daha aydın olsun deyə bir neçə müqayisələr gətirdik.

Walton ailəsi: $160.2 milyard

Wal-Mart impersiyasının təsisçiləri Sam və Bud Waltonun varisləri dünyanın 15 ən zəngin insanı sırasında yer alıb: Christy, Rob, Alice və Jim Walton. Bu dördlüyün toplam sərvəti 160 milyard dollar təşkil edir. Bu Apple şirkətinin kifayət qədər böyük olan nağd ehtiyatları qədər çoxdur.

Bill Gates: $80.6 milyard

Microsoftun təsisçisi Bill və Melinda Gates Fondu vasitəsi ilə öz sərvətinin bir hissəsini xeyriyyəçiliyə sərf edib. Lakin, onun sərvəti indi də 12 dənə Uber almağa yetər.

Warren Buffet və Carlos Slim: hərəyə 73 milyard dollar

Forbesin zənginləri reytinqində onlar çiyin-çiyinə dayanaraq, ikinciliyi öz aralarında paylaşırlar. Əgər onlar güclərini birləşdirsəydilər, Rusiyanı sanksiyalar və neftinin qiymətinin enməsi səbəbindən düşdüyü vəziyyətdən çıxara bilərdilər. (Belə ki, mövcud vəziyyətdə Rusiyanın itkilərinin 140 milyard dollar cıvarında olduğu qeyd edilir).

Ən sərfəli kredit üçün müraciət et

Digər məzəli fakt: Buffet 2013-cü ildə tək başına $13.5 milyard dollar qazanıb, bu isə o deməkdir ki, $51,900 qazanmaq üçün o cəmi iki dəqiqə vaxt sərf etməli olur. Bu isə ABŞ-da orta statistik ailənin (ev təsərrüfatının) illik gəlirinə bərabərdir.

Amancio Ortega: $61.4 milyard

Amancio Orteganın sərvətinin miqdarı $61.4 milyard dollardır

Dünyanın ən məşhur moda və geyim maqnatı  İspaniyadan sizi salamlayır. Onun xalis gəliri Dominikan Respublikasının  ÜDM-nə bərabərdir.

Koch Qardaşları: hər biri $41 milyard

Charles və David Koch dünyanın ən nəhəng özəl şirkətlərindən biri olan Koch Industries kompaniyasanı idarəetmələrinə görə məşhurdurlar.  Onların siyası fəaliyyəti və xeyriyyəçilik ianələri də həmişə gündəmdədir.  Öz şəxsi varidatları ilə qardaşlar ABŞ-ın 1998 və 2014-cü illərdə baş tutmuş ən böyük milli seçiklərin xərclərini rahatlıqla qarşılaya bilər, hətta milyard dollarları artıq qalardı.

Larry Elison: $54.5 milyard

Onun qızı Oscar mükafatı qazanan filmlər istehsal edir. Lakin Larry Elison təkcə öz sərvəti ilə ABŞ-ın milli futbol liqasının komandalarının hamısını, üstəlik də milli beysbol liqasının komandalarının yarısını ala bilərdi.

Liliane Bettencourt: $38 milyard

L'Oreal-ın 92 yaşlı varisi istəsə əgər Avropa Kosmos Agentliyini 10 il, NASA-nı (ABŞ Milli  Kosmik  Aviasiyası) isə 2 ilə maliyyələşdirə bilər.

Michael Bloomberg: $35 milyard

Media maqnat bir zamanlar Nyu-Yorkun meri olub  onun sərvətinin miqdarı Tuskon şəhərinin (Arizona ştatı) ÜDM-nə bərabərdir

Ən sərfəli krediti almaq üçün müraciət et