Dünya varlıları - BANKLARA GÜVƏNMİRLƏR | Banco.az

Dünya varlıları - BANKLARA GÜVƏNMİRLƏR

Zəngin investorlar pullarını nağd şəkildə saxlamağa üstünlük verirlər.

Aktivlərin 25%-i belə haldadır.

Ən azı 1 milyon dollarlıq sərbəst aktivləri olan investorlar 2020-ci ilin sonuna fond bazarının düşməsindən qorxurlar. Xüsusilə, onlarda narahatlığı dəyişən geosiyasi vəziyyət, həmçinin Pekin ilə Vaşinqton arasında ticarət ziddiyyətləri və ABŞ-da gözlənilən prezident seçkiləri (2020-ci ildə) doğurur.

Ən sərfəli kredit üçün müraciət et

Noyabrın 8-də məlum olmuşdu ki, 2018-ci ildə milyarderlərin sərvəti 4,3 faiz, yaxud 388 milyard dollar azalaraq 8,5 trilyon dollara çatıb. Ən çox  Asiya-Sakit okean regionundan olan milyarderlər zərər görüblər, belə ki, onların sayı 7,4 faiz azalıb. Bununla yanaşı, Şimali və Cənubi Amerikada milyarderlərin sayı artıb.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et