Ookla şirkəti Speedtest nəticələrindən faydalanaraq dünyanın ən sürətli mobil internetə sahib operatorlarını açıqlayıb.
Mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşən Etisalat ortalama 115,89 Mbps sürətlə birinci yeri tutub. O, dünyanın ən sürətli mobil operatoru elan edilib. Məlumata görə, o, Speed Score kateqoriyasında 90-dan çox bal toplayan yeganə mobil operatordur.
Cənubi Koreya mobil operatoru SK Telecom 89 ortalama ilə ikinci yerə layiq görülüb.
Siyahıda onları ardıcıl olaraq Qətərin Ooredoo, Bolqarıstanın Vivacom, Hollandiyanın T-Mobile şirkətləri təqib edir.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!