Dünya üzrə dövlət borcu yüksək olan ölkələr bəlli olub | Banco.az

Dünya üzrə dövlət borcu yüksək olan ölkələr bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

Ötən ilin göstəricilərinə əsasən ölkələrin dövlət borcları statistikası açıqlanıb.

Banco.az xəbər verir ki, keçən ilin sonunda ABŞ-ın dövlət borcu 31,42 trilyon dollara yüksələrək rekord həddə çatıb. Yaponiya 9,59 trilyon dollar borcla dünya üzrə ikinci pillədə, 3,75 trilyon dollarla Çin üçüncü yerdə qərarlaşıb. Böyük Britaniya üçün bu rəqəmlər 3,03 trilyon dollar, İtaliya üçün isə 2,88 trilyon dollar səviyyəsindədir. Növbəti yerlərdə Fransa, Hindistan, Almaniya, İspaniya, Kanada, Braziliya, Cənubi Koreya, Sinqapur və Avstraliya gəlir. Sözügedən ölkələrin ümumi borcu isə 12,15 trilyon dollardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram