Dünya üzrə çip satışları kəskin azalıb | Banco.az

Dünya üzrə çip satışları kəskin azalıb

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ilin yanvarında qlobal yarımkeçiricilər bazarının həcmi 41,33 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, müvafiq göstərici 2022-ci ilin yanvarında qeydə alınan 50,74 milyard dollar səviyyəsindən 18,5% azdır. İllik əsasda yanvar ayında yalnız Avropa bazarında bahalaşma qeydə alınıb. Regionda sənayenin həcmi 0,6% artıb. Digər regionlarda isə (Yaponiya, Asiya-Sakit okean, Şimali və Cənubi Amerika, Çin) azalma qeydə alınıb. Çində isə bazarın həcmi rekord səviyyədə (31,6%) azalıb.

Qeyd olunur ki, müvafiq göstəricilərə baxmayaraq yarımkeçiricilər bazarı daim öz gəlirliliyini qoruyacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram