Dünya universitetlərində tədris olunan ən qeyri-adi ixtisaslar | Banco.az

Dünya universitetlərində tədris olunan ən qeyri-adi ixtisaslar

Tamara Mustafayeva, Banco.az

Təhsil kurrikulumdan asılı olmadan hər sahədə reallaşdırıla bilən bir prosesdir. Hətta bəzi ölkələrdə adətən xalqın vərdiş və həyat tərzinə uyğun ixtisas seçimləri təklif edilməkdədir. Odur ki, dünyanın bir çox universitetində bir-birindən fərqli və qeyri-adi fakültələrə rast gəlmək mümkündür.

1. Macəraşünaslıq

macəraşunaslıq

Macəra deyildikdə çox insanın ağlına ilk olaraq super-qəhrəman təsviri gəlsə də, burada söhbət tamamilə başqadır. Burada macəra təhsili adrenalinə əsaslanan idman növlərinin öyrənilməsini özündə ehtiva edən dərslər toplusudur. Dörd il boyunca sinif otaqlarında dərs keçmək istəməyən tələbələr Plymouth Universitetində macəraşunaslıq fakültəsində təhsil almağı seçirlər.

2. Komiks sənəti

Karikatura və komiks sənəti ölkəmizdə kifayət qədər məşhur olmasa da, dünyanın əksər ölkələrində bu, özünəməxsus bir sənət sahəsi kimi qəbul edilmişdir. ABŞ-da komiksləri oxumaqla kifayətlənməyib çəkməyi də hədəfləyən universitet tələbələri Minnesota Universiteti Sənət və Dizayn fakültəsinin “Komiks sənəti” ixtisasını seçir.

3. Beatles Tarixi

Musiqi dünyasının əfsanələrindən hesab edilən “The Beatles” qrupunun karyerasına başladığı Liverpul şəhərində Beatles tarixi tələbələrə tədris edilir. Universitetə daxil olanadək bütün ömrünü Beatles fanatı kimi keçirənlər üçün İngiltərənin Liverpul Universitetində “Beatles Tarixi” adlı ixtisas mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

4. Şərab istehsalı

Şərab istehsalı

Şərab dünya tarixinin ən qədim içkilərindən biridir. Müxtəlif növlərinin günün istənilən vaxtında istifadə edildiyi də artıq məlumdur. Odur ki, əksər ölkələrin özlərinə məxsus şərab istehsalı və istehlakı vərdişləri vardır. ABŞ-ın Kornell Universiteti də bu sahədə ixtisaslı kadrlar yetişdirmək üçün əsaslı addım ataraq sözügedən ixtisas üzrə tələbə qəbulu həyata keçirir.

5. Əyləncə sektoru mühəndisliyi və dizaynı

Əyləncə sektorunda xidmət göstərən qumarxana və oxşar müəssisələri dizayn etmək üzrə karyera qurmaq istəyənlər Las-Veqasda fəaliyyət göstərən universitetlərin birində bu sahədə təhsil ala bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et