Dünya ölkələrinin ümumi dövlət borcu 258 trln. dollara çatıb | Banco.az

Dünya ölkələrinin ümumi dövlət borcu 258 trln. dollara çatıb

Bu ilin I rübündə COVID-19 pandemiyası fonunda dünya ölkələrinin ümumi dövlət borcu rekord 258 trln. ABŞ dolları səviyyəsinə çatıb.

Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun yeni hesabatında deyilir.

Hesabata görə, I rübdə dünya ölkələrinin dövlət borcunun qlobal ÜDM-ə nisbəti rekord 10 faiz bəndi artaraq tarixi maksimuma – 331%-ə çatıb.

Hesabat dövründə inkişaf edən ölkələrdə dövlət borcun ÜDM-ə nisbəti 10 faiz bəndi artaraq 230%-ə bərabər olub, lakin dəyər ifadəsində 700 mln. dollar azalaraq 72,5 trln. dollara enib. Azalmanın əsas səbəbi sözügedən ölkələrin valyutalarının dollara qarşı dəyərdən düşməsi olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram