Dünya ölkələrinin sakinləri necə qənaət edir | Banco.az

Dünya ölkələrinin sakinləri necə qənaət edir

Hər ölkənin öz ənənəsi olduğu kimi,qənaətlə bağlı da müəyyən adətlərə bağlıdırlar.

Banco.az saytı  müxtəlif ölkələrin hansı qənaət üsullarına əl atdıqlarından xəbər verir.

Yaponiya

Təxmini 200 illik iqtisadi böhrandan sonra Yaponiya sakinləri demək olar ki hər bir sahədə qənaət etməyi öyrəndilər. Hətta bu məqsədlərlə xüsusi texnologiyalara belə əl atmağa başladılar. Misal üçün, bu yaxınlarda Yaponiyada TOTO adlı suyu havayla dolduran xüsusi texnologiya kəşf edildi. Yaponiyalılar bu kəşf ilə təkcə suya yox hətta havaya da qənaət edəcəklər. TOTO-nun yaradıcılarının hesabatlarına əsasən bu sistem su və qaz hesabını 4 nəfərlik ailə üçün 180 dollaradək endirir.

Bundan əlavə Yaponiyada bütün ailə eyni su ilə təkrarən yuyunur. Vanna qəbul etdikləri su ilə paltarların yuyulması buna misal ola bilər.

Koreya

Artmaqda olan xərclər insanları qızdırıcı avadanlıqlardan imtina etməyə və isinmək üçün daha əlverişli üsullardan istifadə etməyə məcbur edir. Bu yaxınlarda isə Seula sakinlərindən belə bir şayiə yayılır ki, onlardan biri bu narahatçılığın aradan qaldırılması üçün gözəl bir üsula əl atıb və otaqda içərisində çadırda yatır. Bu şayiənin ardıyca Cənubi Koreyanın bir çox sakinləri isidici qurğulara qənaət məqsədiylə bu üsula əl atır.

Şimali Koreyada isə qadınlar yuyucu toza qənaət etmək məqsədilə yoldaşlarına açıq rəngdə köynəklər almırlar.

Ən sərfəli kredit üçün müraciət et

Çin

Ötən əsrin 70-ci illərindən çinlilər dünyanın ən qənaətcil xalqları sırasında ən üst sıralardadır. Eyni zamanda maliyyənin qorunması məqsədilə də Çin yeni texnologiyaların tətbiqinə çalışır.

Fransa

Qənaətcil fransızlar isə hədiyyə almağı sevmirlər. Bunu özlərinə artıq xərc hesab edirlər. Bundan əlavə onlar çox böyük uğurla istifadə olunmuş hədiyyələrin satışı üzrə böyük uğurlarıla seçilirlər.Opinionway şirkətinin araşdırmalarından birindən belə qənaətə gəlindi ki, fransızların 52%-i öz yeni il hədiyyələrini hər an satmağa hazırdılar. Bundan əlavə fransızlar endirimləri çox sevirlər. Alış-veriş onların ailəliklə məşhur məşğuliyyətləridi, hətta endirimlə mal almaq üçün işdən icazə belə götürə bilərlər.

ABŞ

Amerikalılar üçün qənaət – xobbidir, özünəməxsus bir idman növü, qumardır. Onlar ümumiyyətlə həmişə daha az pul xərcləməyə çalışırlar. Amerikada şəxsi evin xərclərini ödəmək çox baha olduğundan , bunu asanlaşdırmaq üçün , hər yay amerikalılar öz evlərini tələbələrə kirayə verirlər.

Amerikalılar dünyada ən aktiv avtomobil istifadəçiləri kimi tanınsalar da, şəxsi nəqliyyatda qənaət etməyə üstünlük verirlər.