Dünya ölkələrinin qızıl ehtiyatına görə reytinqi açıqlanıb | Banco.az

Dünya ölkələrinin qızıl ehtiyatına görə reytinqi açıqlanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün qızıla olan tələbat artmaqdadır. Qızıla belə tələbatın olmasının ən mühüm səbəblərindən biri də dünyada yaşanan iqtisadi qeyri-müəyyənliklərin və böhranların artmasıdır.  Qızıl ənənəvi investisiya aləti olmaqla yanaşı , qızıl qiymətli metalların ən etibarlısı hesab olunur. Bu səbəbdən, iqtisadi qeyri-müəyyənliyin artdığı dövrlərdə investorlar qızıla üz tuturlar.

Bəs hansı ölkənin nə qədər qızıl ehtiyatı var?

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Qızıl Şurası, St. Louis Federal Ehtiyat Bankının məlumatlarına görə, 2023-cü ilə qədər ən çox qızıl ehtiyatına malik 11 ölkə açıqlanıb. 

Banco.az xəbər verir ki, Louis Federal Ehtiyat Bankının hesabatında yer alan 11 ölkə və onların qızıl ehtiyatları aşağıdakılardır;

1.AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI - 8 min 133 ton

2.ALMANİYA - 3 min 353 ton

3.İTALİYA - 2 min 452 ton

4.FRANSA - 2 min 437 ton

5.RUSİYA - 2 min 333 ton

6.ÇİN - 2 min 192 ton

7.İSVEÇRE - min 40 ton

8.YAPONİYA - 847 ton

9.HİNDİSTAN - 801 ton

10.HOLLANDA - 612 ton

11.Türkiyə - 479 ton