Dünya ölkələrinin borcu ilin birinci rübündə artım göstərib | Banco.az

Dünya ölkələrinin borcu ilin birinci rübündə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal borc ilin birinci rübündə 305 trilyon dollara çatıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal borc monitorinqi” hesabatını dərc edib.

Hesabata görə, mərkəzi banklar bazarın zəifliyini faiz artımı tempini yavaşlatmaqla tarazlaşdırmağa çalışarkən, qlobal borc I rübün sonunda 2022-ci ilin sonun nəzərən 8,3 trilyon dollar artaraq 305 trilyon dollar təşkil edib.

İnkişaf etməkdə olan bazarların borcu sözügedən dövrdə 100 trilyon dolları ötərək tarixin ən yüksək səviyyəsinə çatıb ki, bu kateqoriyaya daxil olan ölkələrin 75 faizində də borc artımı müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

İnkişaf etmiş iqtisadiyyatların ümumi borcu isə birinci rübün sonunda 204,2 trilyon dollar olaraq hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram