"Dünya neft bazarındakı tarazlıq OPEC+ ölkələrinin əməyidir" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Dünya neft bazarındakı tarazlıq OPEC+ ölkələrinin əməyidir"

Bu gün dünya neft bazarındakı tarazlıq OPEC+ iştirakçı ölkələrinın fəaliyyəti nəticəsində əldə olunub.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, qarşıdakı qış mövsümü ilə bağlı müəyyən risklər var, lakin hazırda bazarda həm OPEC+ ölkələrinin atdığı addımlar, həm də başqa ölkələrdəki hasilatın ötən ilə nisbətən 1 milyon barel çox olması sayəsində tarazlıq hökm sürür.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə olan razılaşma gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaltmağı nəzərdə tutur. O cümlədən ən iri neft istehsalçıları olan Səudiyyə Ərəbistanı hasilatı 322 min, Rusiya da 228 min barel azaltmaq öhdəliyi götürüblər.

Report.az