Dünya mərkəzi banklarının rəhbərləri toplaşacaq | Banco.az

Dünya mərkəzi banklarının rəhbərləri toplaşacaq

Dünyanın ən böyük mərkəzi banklarının rəsmiləri bu həftə FES-in ev sahibliyi ilə bir araya gələcəklər. 

Xarici mətbuata istinadən xəbər verilir ki, FES idarə heyətinin rəhbəri Janet Yellen və Avropa Mərkəzi Bankının sədir Mario Draghi  illik konfransa qatılanlar arasında olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün bazarlara təsir edəcəyi gözlənilir. Konfransada mərkəzi bankların pul siyasətləri, aşağı inflyasiya müzakirə mövzusu olacaq. 

Qeyd edək ki, görüş ABŞ-ın Jackson Hole qəsəbəsində, 24-26 avqustda baş tutacaq. 

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et