Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Kuboku heyəti tətil etməklə hədələyir.
Banco.az xəbər verir ki, Həmkarlar ittifaqının açıqlamasına görə, stadionda çalışan “Unite Here Local 11” üzvlərinin 96 faizi tətil qərarını dəstəkləyib. Bu qərar stadionun qida və içki xidmətlərini idarə edən podratçı şirkət “Legends Global” ilə aparılan kollektiv müqavilə danışıqlarının nəticəsiz qalmasından sonra qəbul edilib. Danışıqların bazar ertəsi yenidən başlaması gözlənilir.
Həmkarlar ittifaqı müəssisədə çalışan təxminən 2 min qida xidməti işçisini, o cümlədən barmenləri, qab yuyanları, aşpazları və bufet əməkdaşlarını təmsil edir.
Milli Futbol Liqası (NFL)nın Los Angeles Rams və Los Angeles Chargers komandalarının ev oyunlarını keçirdiyi SoFi Stadionu Dünya Çempionatı çərçivəsində səkkiz futbol matçına ev sahibliyi edəcək.
İyunun 12-də Amerika Birləşmiş Ştatları və Paraqvay milli komandaları arasında keçiriləcək oyunun biletlərinin qiyməti 2 min dollardan başlayır. Növbəti qarşılaşma isə iyunun 15-də İran və Yeni Zelandiya komandaları arasında baş tutacaq.
“SoFi Stadionu”nda çalışan işçilər, həmçinin şəxsi məlumatlarının ABŞ immiqrasiya orqanlarından qorunmasını tələb ediblər. Ötən ilin iyun ayında ABŞ Prezidenti Donald Tramp, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əməkdaşlarının reydlərinə qarşı keçirilən etiraz aksiyalarını nəzarət altına almaq məqsədilə Los Anceles şəhərinə federal qüvvələr göndərmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
