Dünya iqtisadiyyatını durğunluq gözləyir | Banco.az

Dünya iqtisadiyyatını durğunluq gözləyir

Qlobal iqtisadiyyat staqflyasiya riski ilə üzləşib. Belə ki, dünya üzrə inflyasiya dərəcəsi analitiklərin proqnozlarını üstələdiyi halda, iqtisadi artım gözləntiləri sabit qalmağa davam edir. 

"Vestifinance.ru" saytına istinadən xəbər verilir ki, bu barədə məlumat "Bloomberg" agentliyi tərəfindən aparılan təhlilə əsasən yayımlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin təhlilinə görə, hazırda real qiymət artımını ölçən inflyasiya indeksi "Citi İnflation Surprise İndex" son 5 ildən də çox müddətin maksimal həddinə çatıb. Analitiklər aşağıdakı qrafikə əsasən iqtisadi artım sürətinin azalacağını, inflyasiyanın isə artaraq qlobal staqflyasiyanın baş verəcəyini proqnozlaşdırırlar. Nəticədə, işsizliyin kəskin artması da gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et