Dünya iqtisadiyyatı üçün 30 ilin ən bədbin proqnozu verilib | Banco.az

Dünya iqtisadiyyatı üçün 30 ilin ən bədbin proqnozu verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya iqtisadiyyatı ötən 30 ilin ən pis vəziyyəti ilə üzləşə bilər.

Banco.az xəbər verir ki, “Bloomberg Economics” nəşri Ukraynada davam edən müharibə və enerji böhranı səbəbindən dünya iqtisadiyyatının ötən 30 ilin ən çətin dövrü ilə üzləşmək riski olduğunu yazıb.

Nəşrin analitiki Skot Consonun təhlilinə görə, 2022-ci ildə 3,2 faiz artacağı gözlənilən qlobal iqtisadiyyat 2023-cü ildə yalnız 2,4 faiz artacaq. Bu temp 2009 və 2020-ci il böhranları istisna olmaqla, 1993-cü ildən bəri ən aşağı artım tempi ola bilər.

Bununla belə, artım göstəriciləri ölkələr üzrə müxtəliflik təşkil edəcək. Avrozonada 2023-cü ildə tənəzzül başlalayacağı gözlənilsə də, Çin iqtisadiyyatının 'Sıfır Kovid'in sona çatması ilə 5 faizdən çox böyüməsi ehtimal edilir.

Mərkəzi Bankların pul siyasətinin də fərqli olacağı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Analitik həmçinin bildirib ki, Avrozonada inflyasiyanın sürətlə aşağı düşəcəyi gözlənilir. Regionun gələn il tənəzzülə girəcəyi və yüksək enerji qiymətləri və sərt maliyyə şərtləri səbəbindən böyümənin il boyu sabit qalacağı proqnozlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et