Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrənin Davos şəhərində 16-20 yanvar tarixləri aralığında keçirilən Dünya İqtisadi Forumu öz işini yekunlaşdırıb.
Banco.az xəbər verir ki, yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda 53-cü Dünya İqtisadi Forumu (WEF) keçirilib.
Tədbirin bağlanış mərasimində çıxış edən WEF-in prezidenti Borj Brende bu il də olduqca effektiv görüşlər keçirildiyini vurğulayıb.
Forumda liderlərə “dünyanın üzləşdiyi böhranları birgə həll etmək və əlaqələndirilmiş fəaliyyət planı hazırlamaq” tövsiyə olunub.
Forum çərçivəsində başda Rusiya-Ukrayna müharibəsi olmaqla, Kovid-19 pandemiyası, texnologiya, enerji, iqlim dəyişikliyi, sağlamlıq, miqrasiya və beynəlxalq böhran sessiyalarda önə çıxan mövzular olub.
Xatırladaq ki, yanvarın 16-20-də bir çox ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin, iş dünyası nümayəndələrinin iştirak etdiyi forumda 130 ölkədən 50-si dövlət/hökumət başçısı olmaqla, 2700-dən çox iştirakçı bir araya gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
