Dünya əhalisinin sayı AÇIQLANDI | Banco.az

Dünya əhalisinin sayı AÇIQLANDI

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMT dünya əhalisinin sayını açıqlayıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) 15 noyabr tarixinə olan məlumatına görə, dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.

UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı proqnozlaşdırılır.

Dünyada əhalinin artım tempi zəifləsə də, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.

Xatırladaq ki, 1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et