Dünya əhalisinin miqrasiya istəyi 10 ilin pik həddinə çatıb | Banco.az

Dünya əhalisinin miqrasiya istəyi 10 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnsanların miqrasiya istəyinin ötən 10 ildə ən yüksək həddə çatdığı qeyd edilib.

Banco.az xəbər verir ki, ABŞ-da yerləşən “Gallup” sorğu şirkətinin araşdırması üzə çıxarıb ki, 2021-ci ildə dünya üzrə yetkin insanların 16 faizi (təxminən 900 milyon) imkan yaranarsa, öz ölkələrini həmişəlik tərk etmək istəyib.

Araşdırmada Kovid-19 pandemiyasının son illərdə miqrasiya nisbətlərini azaltdığı, lakin insanların miqrasiya istəyinin qarşısını almadığı bildirilib.

122 ölkədə təxminən 127 min yetkin şəxslə aparılan müsahibələrə əsaslanan sözügedən araşdırma Kovid-19 pandemiyasının ikinci ilində insanların miqrasiya istəyinin ötən 10 ilin ən yüksək səviyyəsinə çatdığı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, Latın Amerikası və Karib hövzəsi, Sub-Sahara Afrikası, Asiyanın bəzi hissələri və Müstəqil Dövlətlər Birliyi (MDB) kimi hazırda mühacirət edən regionlarda da miqrasiya tələbi son on ildə ən yüksək səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et