Dünya Çempionatı Banco.az portalında | Banco.az

Dünya Çempionatı Banco.az portalında

Artıq bir aydır ki,  Futbol üzrə Dünya Çempionatı – Brasil 2014 bütün idman xəbərləri agentiklərinin manjetlərini bəyir. Dünya Çempionatının və futbolun məşhurluğunu nəzərə alan Banco.az portalı öz Facebook səhifəsinin iştirakçıları arasında da müsabiqə keçirir. Əsas məqsəd azarkeşlərin sağlam həyat tərzinə marağını artırmaq və futbol həyəcanına bir az da əyləncə qatmaq idi.

Layihənin sponsoru isə NBC Bankdır.

Çempionat başlayandan bəri hər gün, “Günün ən maraqlı oyununun hesabı” ilə bağlı iştirakçılar öz proqnozlarını yazır və sonda nəticəni ilk və hamıdan dəqiq yazmış iştirakçı Banco.az-dan 5 AZN miqdarında danışıq vaxtı qazanır.

Ən sərfəli kredit üçün müraciət et

Artıq 20 oyunla bağlı proqnozlar alınmış və 19 qalib səhifəmizdən danışıq vaxtı qazanmışdır. Yalnız bir oyun zamanı iştirakçılardan heç kəs dəqiq proqnoz söyləyə bilməmişdir.

Qarşıda bizi öncə yarımfinal və daha sonra final və üçüncü yer uğrunda görüşlər gözləyir.

Həmçinin finala çıxacaq komandaların adı dəqiq proqnoz edə bilmiş iştirakçı NBC Bankdan ödəniş kartı və 150 AZN qazanacaq.

Həmin proqnozları isə burada görə bilərsiniz.

Yaşırmanın şərtləri ilə daha ətraflı tanış olun.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et