Dünya birjalarında neftin qiyməti bahalaşıb | Banco.az

Dünya birjalarında neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,41 dollar bahalaşaraq 95,96 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,73 dollar artaraq 103,19 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,09 dollar bahalaşaraq 103,32 dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et