Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir | Banco.az

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir

Müəllif:Mehin Qasımova/Banco.az

Neft qiymətləri artmaqda davam edir.

Banco.az xarici mediaya istinadən xəbər verir ki,investorlar OPEC+ monitorinq komitəsinin iclasının nəticələrini və ABŞ Energetika Nazirliyinin statistik məlumatlarını qiymətləndiriblər.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 89,58 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,23 dollar (0,26%) bahadır. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda may ayı üçün WTI neftinin qiyməti bu vaxta qədər 0,21 dollar (0,25%) artaraq 1 barelə görə 85,64 dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hər iki brend keçən il oktyabrın 27-dən bəri ən yüksək səviyyələrini yeniləyiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et