Dünya birjalarında baş verənlər şirkətlərin “əldəyişməsidir” – Elman Sadıqov | Banco.az

Dünya birjalarında baş verənlər şirkətlərin “əldəyişməsidir” – Elman Sadıqov

 Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir neçə gündür dünya birjalarında yaşanan ajiotaj nəticəsində Nikkei 225 Tokio birjası indeksi ticarət gününün ilk yarısında 15 faiz dəyər itirsə də, günün ikinci yarısında bu itki 6.5 faizv həddinə düşüb.

Cənubi Koreyanın ən böyük şirkətlərindən Samsung Electronics-in səhmləri 10,3 faiz, SK hynix 9,8 faiz, Hyundai Motor-unku isə 8,2 faiz ucuzlaşıb.

Dünən İstanbul fond birjasında birja indeksləri 5 faizdən çox dəyər itirib. Afina fond birjasında da 5 faizdən çox dəyər itkisi qeydə alınıb.Yaponiyanın əsas fond indeksi NİKKEİ 12,4 faiz, Tayvanda indekslər 8,4 faiz, Avropada 3 faizə yaxın dəyər itirib. 

Dünya fond birjalarında qeydə alınan təlatümlü vəziyyət ilə bağlı iqtisadçı Elman Sadıqov açıqlama verib. 

İqtisadçının fikrincə, bu sualın cavabı üçün öncə digər suala cavab tapmaq lazımdır: 

“Ticarət gününün əvvəlində kütləvi satışlar (sell-off) həyata keçirildi. Hətta Berkshire Hathaway investisiya şirkəti (Warren Buffet) investsiya etdiyi Apple şirkətinin əlində olan səhmlərinin 50 faizini satdığını, şirkətin tarixi ərzində hazırda sərəncamında ən yüksək nisbətdə və nominal ifadədə nağd vəsait saxladığını bəyan etməklə satışları və ajiotajı sürətləndirdi. Dünya birjalarında satış ajiotajları yarandı. Birjaların indeksləri 6-8, Tokio birjası 15 faiz dəyər itirdi. Sonra alışlar başladı. Satanları elan etdilər, bu da ajiotajları sürətləndirdi. Alanlar isə hələlik bəlli deyil. Deməli, gün ərzində təkcə satışlar olmadı, alışlar da oldu”.

Ən sərfəli kredit üçün müraciət et

Belə vəziyyətin ilk dəfə olmadığını qeyd edən Elman Sadıqov xatırladıb ki, qlobal birjalar tarixində belə hərəkətliliklər çox olub:

“Bu cür hərəkətliliyin adı isə böhran, çöküş deyil, əldəyişmədir. Bu əldəyişmə nə vaxt baş verdi? FED-in sentyabrdan faiz endirimlərinə başlayacağını elan etməsi ilə. Bundan sonra birjalarda qiymət artışları əlbəttə, labüd olacaq. Amma gözlənilən qiymət artışlarından öncə nisbətən aşağı qiymətdən xüsusilə texnoloji və fəaliyyəti gələcəklə bağlı olan şirkətlərin səhmlərinin əldəyişməsi (maliyyə dilində isə bunun adı "yenidən mövqelənmə"dir) gözlənilməz deyildi.Yəqin ki, proses bundan sonra tədricən davam edəcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et