Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı | Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə ucuzlaşaraq başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft Səudiyyə Ərəbistanının qiymətləri Asiyalı müştərilər üçün endirməsindən sonra ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1% geriləməklə hazırda bir bareli 68.58 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında cümə günü 0,6% ucuzlaşdıqdan sonra yenidən 1,1% dəyər itirməklə bir bareli 71.80 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et